XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 14:01

Putinin məxfi məktubu İranprezidentinə çatdırıldı

 

Ruhani H

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tehrana səfər zamanı İran prezidenti Həsən Ruhaniyə Rusiya rəhbərliyinin məktubunu təqdim edib.

 

Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə İranın Müdafiə naziri Hoseyn Dexqan da iştirak edib.

 

İran prezidenti Suriya böhranı ilə bağlı Tehranın rəsmi mövqeyini Şoyqunun diqqətinə çatdırıb. Şoyqu isə Suriyada atəşkəs rejiminin elan edilməsi bağlı rəsmi Moskvanın mövqeyini səsləndirib.

 

Tərəflər, həmçinin regionda sabitliyin qorunması üçün görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

 

Rusiya prezidenti Vladimir Putinin Həsən Ruhaniyə göndərdiyi məktubun mətni və orada hansı mesajların verilməsi mətbuata açıqlanmayıb.

 

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu fevralın 21-də İrana rəsmi səfər edib.