XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2019 - 15:03

Sipərlər ləğv olunacaq, əsirlər dəyişdiriləcək- Suriyada silahlı qruplaşmalar arasında atəşkəs barədə razılıq əldə olunub

Suriyanın İdlib, Hələb və Həma şəhərlərindəki silahlı qruplaşmalar arasında atəşkəs barədə razılıq əldə olunub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, razılığa əsasən üç şəhərdəki sipərlər ləğv olunacaq, əsirlər dəyişdiriləcək.

Qeyd edək ki, dekabrın 30-da İdlib və Həma şəhərlərində qruplaşmalar arasında qarşıdurma baş vermişdi.