XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 14:10

SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov 89 yaşında vəfat edib –FOTO

SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovski özünün “Twitter” səhifəsində bildirib.

“Bu gün məşhur Smolensk sakini və çox gözəl insan, SSRİ Ali Sovetinin son sədri A.İ.Lukyanov dünyasını dəyişdi”, – deyə o yazıb.

Anatoli Lukyanov 1930-cu ilin 7 mayında Smolenskdə doğulub. O, Sovet İttifaqının ən yüksək qanunverici orqanının başçısı postunu 1990-cı ilin martından 1991-ci ilin sentyabrına qədər tutub. Məşhur QKÇP çevriliş cəhdindən sonra bir müddət həbsdə olub.

A.Lukyanov həmçinin 1993-cü ildən 2003-cü ilə qədər Rusiya Dövlət Dumasının deputatı olub. O, Anatoli Osenin təxəllüsü ilə şeirlər də yazıb.