XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 15:00

Rusiyada torpağın başqa dövlətə verilməsini qadağan edən qanun hazırlanır –VETO

Rusiya Dövlət Dumasının LDPR-dən olan üzvü Sergey İvanov Kuril adalarını başqa dövlətlərə verilməsinə veto qoymağı nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

Strateq.az İnterfaks-a istinadən bildirir ki, Rusiya hökuməti Kuril adalarının Yaponiyaya avtomatik olaraq verilməsini istisna edib.

Parlamentin aşağı palatasınınn qəbul etdiyi sənəddə qeyd edilir ki, Kuril adaları Rusiyanın ayrılmaz hissəsidir.

Beləliklə, hazırlanmış qanun layihəsi  bu torpaqları Rusiyadan ayırmağı nəzərdə tutan istənilən qanuni aktların hazırlanmasına veto qoyur.

Qanun layihəsi yapon parlamentinin qəbul etdiyi düzəlişə cavabdır. Belə ki, yapon qanunverici orqanı “şimal ərazilərinin” Yaponiyaya məxsusluğunu təsdiqləyən düzəlişə səs verib. Yaponiyada “Şimal əraziləri” kimi, Kuril adalarını nəzərdə tuturlar.

İlin əvvəlində Yaponiya baş naziri Sindzo Abe gözlənilmədən bəyan edib ki, Cənubi Kuril adalarının taleyini rusların özü həll etməlidir. Sadəcə bu məsələdə onların mövqeyini öyrənmək lazımdır. Abe bildirib ki, “mübahisəli ərazilərin” qaytarılacağı təqdirdə Tokio yerli əhalini adadan köçürməyəcək.

Rusiya XİN isə bəyan edib ki, Tokio özünün “şəxsi ssenarisi”ni problemin həlli üçün  sırımaq istəyir.