XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 15:14

Amerikalı senator:"Türkiyənin narahatlığı başadüşüləndir"

ABŞ Türkiyənin təhlükəsizliyinin qorunması şərti ilə Suriyadakı fəaliyyətini davam etdirəcək. Rəsmi Vaşinqton çalışacaq ki, Ankara ABŞ-a daim yaxın müttəfiq kimi güvənsin.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qraham bildirib.

Senator qeyd edib ki, Türkiyənin ABŞ-ın İŞİD-ə qarşı mübarizədə YPG-yə dəstək verməsi ilə bağlı narahatlığı başadüşüləndir. Ancaq bir şeyi etiraf etmək lazımdır ki, bölgədə İŞİD kimi təhlükəli düşmən mövcud idi. L.Qraham onu da əlavə edib ki, İŞİD-ə qarşı antiterror əməliyyatında ABŞ-a Türkiyə də dəstək olub. Bu səbəbdən Vaşinqton onunla birlikdə düşmənə qarşı mübarizə aparan müttəfiqlərini itirmək istəmir. Senator ölkələrarası münasibətlərin inkişaf etdirilməsi üçün yaxın zamanlarda Türkiyəyə səfər edəcəyini bildirib.