XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 15:42

Avropa Şurasının baş katibi postuna iki namizəd var –Yaqlandı kim əvəz edəcək?

Avropa Şurasının baş katibi postuna namizədlərin adı açıqlanıb.

Strateq.az bildirir ki, namizədlər Belçikanın xarici işlər naziri Didye Reynders və Litvanın sabiq baş naziri Andryus Kubilyusdur.

Avropa Şurasında iki nəfərin baş katib postuna iddiaçı olduunu RİA-ya təsdiqləyiblər.  Belçika XİN-in aparatından bildiriblər ki, Reynders baş katib postuna namizədliyini irəli sürüb. Belçika XİN rəhbəri bir neçə dəfə Rusiyaya səfər edib və çıxışlarında Moskva ilə münasibətlərə dialoq mövqeyindən yanaşmağa çağırıb.

Litvanın sabiq baş naziri Kubilyus isə Rusiyanın Krımı işğal etməsindən sonra sosial şəbəkədə yazıb ki, bu Moskvanın Avropa Şurası ilə disskusiyalarında vacib faktor olacaq. Avropa Şurasındakı mənbən deyib ki, namizədlərin ərizə vermə müddəti Strasburq vaxtı ilə 18.00-da başa çatır. Digər hansısa namizədin olacağaı inandırıcı görünmür. Rusiya XİN rəhbəri Lavrov əvvələr bildirib ki, Rusiya ilə Avropa Şurasının münasibətlərində “həqiqət  anı”  2019-cu ilin iyununda – baş katib seçkisində başlanacaq.  Hazırda bu Avropa Şurasının baş katibi postunu norveçli Turbern Yaqland tutur.