XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2019 - 16:25

Lukaşenkodan Rusiyaya birləşmək barədə xəbərə sərt reaksiya:“Belə axmaq söhbətləri yığışdırmaq lazımdır”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya birləşmək barədə gedən məlumatlara sərt reaksiya verib. O, bu xəbəri “axmaqlıq” adlandırıb.

Strateq.az bildirir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb. Lukaşenko deyib ki, iki dövlətin ittifaqı yalnız bərabərhüquqlu əsasda inkişaf edə bilər: “Bərabərhüquqlu əsaslar yoxdursa –İttifaq da yoxdur. Bərabər hüququn əsasında iki xalqın iradəsi durmalıdır. Biz bu ittifaqı formalaşdırarkən insanlarımızın rəyini nəzərə alırıq. Odur ki, çox-çox səbəblərə görə iki dövlətin birləşməsindən söhbət belə getmir”.

Onun sözlərinə görə, Putin də belə addıma getməz: “Son baş verənləri nəzərə alsaq  Rusiyanın buna getməyə belə imkanı yoxdur. Odur ki, sakitləşmək və belə danışıqları qurtarmaq lazımdır. Burda heç kim heç kimin qarşısında əyilmir”.