XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2019 - 18:12

“BuzzFeed News”:"Amerikalı milyarder Trampın impiçmentinə 40 milyon dollar ayırır"

Amerikalı milyarder Tom Steyer Prezident Donald Trampa impiçment elan olunması üçün 40 milyon dollar həcmində maliyyə vəsaiti ayıracaq.

“Report” xəbər verir ki, məlumatı “BuzzFeed News” yayıb.

“Mən vaxtımın və resurslarımın 100 faizini bir işə – Trampa impiçment elan olunmasına və tutduğu vəzifədən uzaqlaşdırılmasına sərf edəcəyəm”, – deyə Tom Steyer jurnalistlərə söyləyib.

Bildirilib ki, amerikalı milyarderin belə açıqlama ilə çıxış etməsi ilk dəfə deyil. O, birinci dəfə 2017-ci ildə Kaliforniya ştatının qubernatoru olmaq uğrunda mübarizə aparacağını deyib, bir müddət sonra bu fikrindən daşınıb. T.Steyer həmin il Donald Trampa qarşı, faktiki olaraq, kampaniyaya başlayıb, hətta “İmpiçment elan etmək vacibdir” (“Need to impeach”) adı altında telereklama pul xərcləyib.