Türkiyənin Silahlı Qüvvələri ötən il dekabrın 28-dən bu il yanvarın 11-dək 23 terrorçunu zərərsizləşdirib.
Bu barədə “Anadolu” agentliyinin verdiyi məlumata görə, PKK-ya qarşı Diyarbəkirdə aparılan antiterror əməliyyatları zamanı xeyli sayda silah-sursat, o cümlədən 12 tüfəng, 3 tapança, 3 qumbaraatan, 4 əl qumbarası, 1584 müxtəlif döyüş sursatları, partlayıcı maddələr, habelə narkotik maddələr və s. müsadirə edilib.
Əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı məhv edilib.
Terrorçulara qarşı əməliyyat zamanı 1 türk hərbçisi şəhid olub, 4 hərbçi yaralanıb/Azərtac.