XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2019 - 13:56

Tramp demokratları dialoqa çağırdı:"Ağ Evdə sizi gözləyirəm!"

ABŞ Prezidenti Donald Tramp büdcə böhranını müzakirə və hökumətin işini bərpa etmək məqsədilə demokratları dialoqa çağırıb. Və bildirib ki, bu problemi 15 dəqiqə ərzində həll etmək olardı.

Prezident Demokrat paprtiyasının nümayədələrinə növbəti dəfə xatırladıb ki, «Meksika divarı»nın tikintisinə pul ayrılması onlardan asılıdır.

O, fikir ayrılıqlarını müzakirə etmək və Meksika sərhədindəki humanitar böhrana son qoymaq məqsədilə onları Ağ Evə dəvət edib.

«Demokratlar Vaşinqtona qayıtmalı və «şatdaun»a son qoymaq məsələsi üzərində işləməlidirlər. Eyni zamanda, bizim cənub sərhədlərimizdə qorxunc humanitar böhrana son qoyulmalıdır. Mən, Ağ Evdə sizi gözləyirəm!», – deyə Tramp «Tvitter»də yazıb.

Tramp həm də öz mövqeyində haqlı olduğuna demokratları inandırmaq məsələsində ona köməklik göstərmək üçün sadə amerikalılara çağırış edib: «Demokratlar «şatdaun» məsələsini 15 dəqiqə ərzində həll edə bilərdilər. Öz demokrat-senatorunuza və ya konqresmeninizə zəng vurun. Onlara deyin ki, bunu etsinlər»(“AzPolitika.info»).