XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2019 - 15:04

Hindistan İranla neft ticarətini davam etdirəcək- Fevral və mart aylarında İrandan 1 milyon barel neft alacaq

Hindistanın “Bharat Petroleum Corporation Limited” şirkəti cari ilin fevral və mart aylarında İrandan 1 milyon barel neft alacaq.

AZƏRTAC “The Financial Express” qəzetinə istinadla xəbər verir ki, şirkət İrandan xam nefti almaq üçün sifariş verib.

Hindistanın Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Raviş Kumar bəyan edib ki, ABŞ-ın təhdidlərinə baxmayaraq Hindistan İranla ticarət əlaqələrini davam etdirəcək. Onun sözlərinə görə qarşılıqlı razılaşmaya əsasən neft ticarəti milli valyuta ilə aparılacaq.

Xatırladaq ki, Hindistan İranın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 13, 8 milyard dollara çatıb.

Qəzet yazır ki, ABŞ İranın neft ixracını tamamilə məhdudlaşdırmağa çalışsa da buna nail ola bilməyib. Qeyd olunub ki, ötən ilin avqustunda sanksiyaları bərpa edən ABŞ 6 ay müddətinə Çin, Yaponiya, Hindistan, İtaliya, Yunanıstan, Türkiyə, Tayvan və Cənubi Koreyaya İrandan neft almağa icazə verib. Lakin görünən odur ki, Hindistan ilə Çin İrandan neft almaqda davam edəcəklər.