XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Yanvar 2019 - 16:33

Özbəkistan Prezidenti:"2019-cu ildə 16,6 milyard dollar həcmində 3 mindən çox layihə həyata keçirilməlidir"

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirdiyi videoselektor müşavirəsində bildirib ki, 2019-cu ildə 16,6 milyard dollar həcmində 3 mindən çox layihə həyata keçirilməlidir.

AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Özbəkistanda 3,2 milyard dollar həcmində 140 istehsal müəssisəsi işə düşməlidir. Dövlət başçısı qeyd edib ki, bu il 4,2 milyard dolar həcmində birbaşa xarici sərmayə cəlb olunması ilə 320 layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Şavkat Mirziyoyev vurğulayıb ki, xarici sərmayənin Özbəkistanın regionlarına cəlb olunması istiqamətində mühüm addımlar atılır.