XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2019 - 20:36

Qətər ABŞ-a sərmayə yatırımını 45 milyard dollara çatdıracaq- Açıqlama

Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib.

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollar investisiya yatırıb.

“Söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir. Biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik”, – deyə “Reuters” onun sözlərini sitat gətirib.

Agentlik qeyd edir ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 mlrd. dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi.