XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 10:39

Bu gün İngiltərə parlamentində “Brexit” üzrə sonuncu səsvermədir –Tereza Meyin taleyi həll olunur

Yanvarın 15-də Britaniyada deputatlar hökumətin Avropa Birliyindən çıxmaq təklifini səsə qoyacaqlar. İcmalar Palatasında keçiriləcək səsvermə “Brexit”lə bağlı sonuncu cəhd sayılır. Bir çox siyasətçilər onun alınmayacağını proqnozlaşdırırlar.

Səsvermədən öncə Baş nazir Tereza Mey xəbərdarlıq edib ki, səsvermənin alınmaması ölkənin Avropa Birliyindən çıxmasına təhlükə yaradır. Onun sözlərinə görə, bu, Britaniya xalqının səsinə xəyanət demək olar.

Britaniyanın AB-dən çıxması üçün martın 29-u son tarix qoyulub.

15 yanvar səsverməsinin məğlubiyyəti “Brexit” planlarında qarışıqlıq yaradar. Ekspertlər xəbərdarlıq edirlər ki, razılaşma alınmasa, Britaniya iqtisadiyyatı xaosa sürüklənər.

“Martın 29-na 74 gün qalmış bu razılaşmanın əleyhinə səsvermənin nəticələri daha aydın görünür”, – Mey palatada deyib.

Mühafizəkarların qənaətincə, Meyin planı ölkənin AB qaydalarına bağlı qalmasını təmin edir, müstəqil ticarət siyasəti yürütməsini mümkünsüz edir. Mey 15 yanvar səsverməsini uduzarsa, hökumət elə eyni razılaşmanın yüngülcə dəyişdirilmiş versiyalarını yenidən təqdim edəcəyinə eyham vurub.

Martın 29-dək razılaşma əldə olunmasa, bu, Britaniyanın hər bir iqtisadi sektoruna təsir göstərəcək fərqli standartların qəfil dəyişdirilməsi demək olar. AB-də qalmaq tərəfdarları yeni bir səsvermə keçirilməsini istəyirlər. 2016-cı ildəki səsvermədə birlikdən çıxmağa səs verilmişdi.

Mühafizəkarlar Partiyasından bəzi deputatlar Meyin vəzifədən kənarlaşdırılmasını, yeni baş nazir seçilməsini müzakirə edirlər. Ancaq bundan ötrü yetərli vaxtın qalıb-qalmadığı bəlli deyil.

(Azadlıq radiosu)