XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 13:34

Donald Trampla bağlı daha bir təhqiqata başlanılır –ABŞ prezidentinin yemək xərcləri araşdırılır

Prezidenti Donald Trampın qələbə çaldığı 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi məsələsini araşdırmış xüsusi prokuror Robert Müller dövlət başçısı barəsində daha bir təhqiqata başlayıb.

“The Daily Best” xəbər verir ki, prokuror Prezident D.Trampın andiçmə mərasimi ərəfəsində, 2017-ci il yanvarın 18-də keçirdiyi və aralarında Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sabiq sədri Devin Nunes, Prezidentin keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn, habelə Səudiyyə Ərəbistanı, BƏƏ, İsrail, Yaponiya kimi ölkələrin nümayəndələri da olduğu təqribən 60 nəfərin toplaşdığı səhər yeməyi ilə maraqlanıb.

Bu yoxlamanın D.Trampın andiçmə mərasiminə çəkdiyi xərclərlə bağlı araşdırmanın tərkib hissəsi olduğu bildirilir. Belə ki, həmin mərasimin xarici ianələr hesabına keçirilmə ehtimalı da yoxlanılır/Report.