XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 16:19

İtaliyada ilk qaradərəli naziri təhqir edən senatora həbs cəzası kəsildi- "Oranqutan" demişdi

İtaliyada ilk qaradərəli nazirə “oranqutan” deyən senatora həbs cəzası verilib.

Strateq.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hakim Liq Partiyasından olan senator Roberto Kalderoli 18 aylıq həbs cəzasına məhkum olunub.

İttihama səbəb olan hadisə isə 2013-cü ilin seçki mitinqində baş verib. Kalderoli mitinqdəki çıxışında həmin vaxt Avropa Parlamentinin də üzvü olan inteqrasiya naziri Cecile Kyengeni nəzərdə tutaraq, “nə vaxt onun şəkillərini görürəm, ağlıma oranqutandan başqa bir şey gəlmir” ifadəsini işlədib.

Bundan sonra Kyenge Kalderolini məhkəməyə verib. Məhkəmə senatoru “irqçi həqarət”də günahkar bilərək, barəsində həbs qərarı çıxarıb. İttihamı rədd edən Kalderoli sözügedən ifadəni zarafatla işlətdiyini söyləyib.

Senatorun həbsə girib-girməyəcəyi apellyasiyasiya şikayətindən sonra bəlli olacaq. Adətən, İtaliyada 2 ildən az həbs cəzaları gerçəkləşdirilmir.