XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 17:21

Türkiyədə Gülənin daha 200 tərəfdarı saxlanıldı –Tutulanlar arasında hərbçilər də var

Türkiyədə 192 nəfər Gülən şəbəkəsinə bağlılıqda şübhəli bilinərək saxlanıb. Bu haqda yanvarın 15-də “Hurriyet” qəzeti xəbər yayıb.

ABŞ-da yaşayan vaiz Fəthullah Gülən 2016-cı ildə uğursuz çevriliş cəhdinin təşkilində suçlanır, ancaq özü bunu təkzib edir.

Həmin çevriliş cəhdindən bəri Gülən tərəfdarlarına qarşı polis əməliyyatları artırılıb. Təkcə ötən həftə İstanbul və Adanada 100-dən artıq şübhəli saxlanıb.

Ankara baş prokurorluğu 50 hərbi şübhəlinin – 3 leytenant və 47 serjantın həbsinə göstəriş verdiyini bildirib. 55 nəfər isə ByLock mesajlaşma əlavəsindən istifadədə ittiham olunub.

ByLock çevriliş cəhdindən sonra Türkiyədə qadağan olunub, Gülən tərəfdarlarının 15 iyul gecəsi məhz həmin əlavə vasitəsilə kommunikasiya qurduğu bildirilib. O zaman bir qrup hərbçi hökuməti devirməyə cəhd eləmiş, 250 nəfəri öldürmüşdü.

Vaxtilə Prezident Rəcəp Tayyip Ərdoganın müttəfiqi olmuş Gülən 1999-cu ildən Birləşmiş Ştatlarda yaşayır. O, ittihamları rədd edib, çevriliş cəhdini pisləyib.

“Hurriyet” yazır ki, mərkəzi Konya vilayətinin baş prokurorluğu 50 nəfərin saxlanması barədə qərar çıxarıb. Onların sırasında hərbçilər, onların Gülən şəbəkəsində əlaqə yaratdığı şəxslər var.

Muğla və Kocaeli vilayətlərində isə uyğun olaraq 15 və 22 hərbçi saxlanıb.

“Frans Pres” agentliyi isə əməliyyatlarda 200-dən artıq adamın saxlandığını yazıb.

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bu ayın əvvəlində bildirib ki, Gülənlə əlaqələrdən dolayı 31 min 88 nəfər təqsirli bilinib, yaxud həbsə atılıb. Uğursuz çevriliş cəhdindən sonra 77 mindən çox adam məhkəməsini gözləyir, 150 min dövlət qulluqçusu, hərbçi və digər şəxslər isə işdən çıxarılıb.

(Azadlıq radiosu)