XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 17:18

Almaniya Müdafiə Nazirliyinin əməkdaşı tutulub –Casusluqda şübhəli bilinir

Almaniya Müdafiə Nazirliyinin (bundesvehr) əməkdaşı Əbdül Həmid bir neçə il ərzində ən məxfi məlumatları İranın gizli xidmət orqanlarına ötürməkdə şübhəli bilinərək saxlanılıb.

“Deutsche Welle” xəbər verir ki, ölkəşünaslıq və dilçilik məsləhətçisi vəzifəsində çalışan, həm Almaniya, həm də Əfqanıstan vətəndaşı olan, 50 yaşlı Ə.Həmidin həbsi üçün Federal Prokurorluq tərəfindən hələ ötən ilin dekabrın 6-da order verilmişdi.

“Der Spiegel”ə görə, iş vəzifəsilə əlaqədar olaraq, şübhəli Əfqanıstandakı hərbi əməliyyatlar da daxil olmaqla bir çox mühüm məlumatları əldə etmək imkanına malik olub/Report.