Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar.
Reuters agentliyinin verdiyi xəbərə görə, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.
Məlumata əsasən, sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb. (Apa.az)
Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.