XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 22:15

Rəsmi Tehrandan “Talıban”la danışıqlarla bağlı sensasion bəyanat:"İran Əfqanıstanı bu qruplaşmadan daha təhlükəli sayır”

“İran Əfqanıstanda sabitliyi dəstəkləmək və İŞİD tərəfdarlarının planlarını pozmaq üçün “Taliban”la danışıqlar aparıb”.

İLNA xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədri Heşmətulla Falaxatpişə deyib.

Onun sözlərinə görə, “Taliban”la görüş İslam Respublikasının bu təşkilatı tanıması demək deyil: “İran tarixi səbəblər baxımından “Taliban”la fikir ayrılığına malikdir”.

Komitə sədri “Taliban”ın Əfqanıstanda hakimiyyətdə təmsil olunduqlarının bir həqiqət olduğunu təsdiqləyib: “İran Əfqanıstanı “Taliban”dan daha təhlükəli sayır”.

Report