XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 22:28

Ukraynada prezidentliyə iddialıların sayı artır –MSK daha 3 nəfərin namizədliyini qeydə aldı

Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 15-də keçirilən iclasında daha üç nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.

İclasda “Naşi” partiyasının üzvü Yevqeniya Muraeva, “Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, Ukrayna Ali Radasının komitə sədrinin müavini Vitali Kupriyanın prezidentliyə namizədlikləri qeydə alınıb.

Bununla da prezidentliyə namizədlərin sayı 8-ə çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək/Azərtac.