XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 23:40

Tramp Venesuela parlamentinin spikerini prezident kimi tanımaqdan imtina edib –Açıqlama

ABŞ prezidenti Donald Tramp Venesuela parlamentinin spikeri, müxalifətyönlü siyasətçi Xuan Quaydonun Vaşinqtonun legitimliyini tanımadığı dövlət başçısı Nikola Maduronun əvəzinə bu ölkənin prezidenti kimi tanınması mümkünlüyünü rəsmi olaraq nəzərdən keçirir.

Bu barədə CNN məlumat yayıb.

Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Garrett Marquis, Trampın müxalif siyasətçini Venesuelanın prezidenti kimi tanımaq mümkünlüyünü nəzərdən keçirməsinə dair məlumatları təsdiqləməkdən imtina edib.

Lakin o, bildirib: “ABŞ, demokratik şəkildə seçilmiş Milli Məclis sədri kimi, cəsarətlə Venesuela konstitusiyasının 233-cü maddəsinə müraciətət edərək, ölkədə azad və ədalətli seçkilərə çağırmağı öz konstitusiya səlahiyyətləri elan edən Xuan Quaydonu dəstəklədiyini ifadə edib”/Report

Xatırladaq ki, Venesuela prokurorluğu spiker Xuan Quaydonu hərbçilərlə birlikdə dövlət çevrilişinə cəhd ittihamı ilə saxlayıb.