XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

16 Yanvar 2019 - 10:42

Tereza Meyə etimad səsverməsi keçirilə bilər –Brtitaniya hökuməti seçim qarşısında qalıb

Yanvarın 16-da Britaniya Baş naziri Tereza Meyə etimad səsverməsi keçiriləcək. Bir gün öncə parlament onun Avropa Birliyindən ayrılmaqla bağlı planını rədd edib.

Etimad səsverməsinin keçirilməsini Leyboristlər partiyasının liderləri tələb edib. Ancaq Mühafizəkarlardan ciddi sayda deputat qoşulmasa, bu cəhdin alınmayacağı gözlənir.

Meyin “Brexit” planının 432-202 səs fərqilə rədd edilməsi bir çoxları üçün sürpriz olub. Bəziləri bunu müasir tarixdə hökumətin İcmalar Palatasında ən böyük məğlubiyyəti hesab edir.

“Palata danışdı və hökumət qulaq asacaq”, – Mey səsvermədən sonra deyib. Mey gələcək addımları ilə bağlı deputatlarla məsləhətləşəcəyini deyib, ancaq indilik növbəti planlarını açıqlamayıb. Bəzi siyasi ekspertlərin təxmininə görə, hökumət ya AB-dən çıxmaq tarixini ertələyə, ya da yeni referendum keçirə bilər.

Avropa Komissiyasının başçısı Jan Klod Yenker deyib ki, Meyin razılaşmasının rədd olunması Britaniyanın birlikdən nizamsız çıxma riskini artırır.

(Azadlıq radiosu)