XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 11:57

Keniya:terror hücumuna məruz qalmış oteldən 174 nəfər təxliyə olunub

Ötən gecə Keniyanın paytaxtı Nayrobidə terror hücumuna məruz qalmış Dusit otelindən 174 nəfər təxliyə olunub.

AZƏRTAC xəbər verir ki, Citizen telekanalının hüquq-mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, oteldə hələ də insanlar qalmaqdadır. Təxliyənin davam etdiyi bildirilir.

Çərşənbə axşamı günü Nayrobidəki Dusit otelinin yaxınlığında partlayış baş verib və atəş açılıb. Son məlumata görə, azı 15 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb. Terror aktının qurbanları arasında Böyük Britaniya vətəndaşı və ABŞ vətəndaşı da var.

Terror aktının məsuliyyətini əsasən Somalidə fəaliyyət göstərən “Aş-Şabab” qruplaşması üzərinə götürüb.