XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 11:56

Erməni deputat:“Paşinyan danışıqlarda Qarabağı deyil,  Ermənistanı təmsil edəcək”

“Baş nazir Paşinyan bəyan edib ki, Qarabağ danışıqlarında Dağlıq Qarabağın deyil,  yalnız Ermənistanın mövqeyini təmsil edəcək. O, bu prisipinə sadiqdir”.

Strateq.az erməni KİV-lərinə istinadən bildirir ki, bu sözləri Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri postuna “Mənim addımım” blokundan olan namizədi Ruben Rubinyan deyib.  Onun sözlərinə görə, Vyana və Sankt –Peterburqda əldə olunmuş razılaşmalar erməni tərəfinin gündəliyində durur: “İlham Əliyev və Paşinyanın Düşənbədəki qeyri-rəsmi söhbətində heç bir ziddiyyət yoxdur. Bu təmaslar nəticəsində Yerevan və Bakı arasında xüsusi rabitə yaradılıb, bu heç olmasa hazırkı mərhələdə gərginliyin azaldılmasına imkan verib”.