XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 17:03

BMT-də cinsi qısnamalar adi hal alıb –Baş katib əməkdaşlara məktub yazdı (araşdırma)

BMT-də də cinsi qısnama geniş yayılıb. “Frans Pres” agentliyi bunu yeni rəy sorğusunun üzə çıxardığını yazıb. Belə ki, son iki ildə hər üç BMT əməkdaşından biri cinsi qısnamayla üzləşdiyini bildirib.

BMT-nin Baş katibi Antonio Guterres işçilərinə məktubunda yazıb ki, bu araşdırma “ayıldıcı statistikanı, BMT-də iş şəraitinin yaxşılaşdırılması üçün nəyin dəyişməli olduğunu” üzə çıxarır.

Respondentlərin 33 faizi son iki il ərzində azı bir dəfə cinsi qısnamayla üzləşdiyini deyib. BMT-də çalışdığı müddətdə cinsi qısnama görənlər isə daha çoxdur – 38,7 faiz. Cinsi qısnamanın ən çox yayılmış forması isə seksual hekayətlər və zarafatlar, görünüş, bədən, cinsi fəaliyyət barədə alçaldıcı ifadələrdir.

BMT əməkdaşları seksual məsələlərlə bağlı müzakirələrə cəlb olunmaları üçün cəhdlər olunduğunu, alçaldıcı jestlər, toxunmalarla üzləşdiklərini dilə gətiriblər. Sorğunu noyabrda “Deloitte” şirkəti keçirib.

Cinsi qısnamayla məşğul olan hər üç nəfərdən ikisi kişi, hər dörd nəfərdən biri rəhbərlər və menecerlər olub. Hər 10 nəfərdən biri isə aparıcı rəhbər vəzifədə olanlardır.

Sorğu zamanı 30 mindən çox əməkdaş onlayn sorğunu konfidensial qaydada cavablandırıb. Fevralda BMT əməkdaşlarının cinsi qısnama şikayətləri üçün sutkaboyu çalışan qaynar xətt açıb, BMT təhqiqatçılarına bütün şikayətlərin araşdırılması tapşırılıb. (azadliq.org)