XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2019 - 19:15

Türkiyənin şərq hissəsindəki 220 kəndlə əlaqə kəsilib- Qar və sərt şaxtaya görə

Güclü qar və sərt şaxta Türkiyənin şərq hissəsində bir sıra problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, Ərzurum, Ərzincan, Tuncəli, Ardahan və Qars vilayətlərində 220 kəndlə əlaqə kəsilib. Məktəblər bağlanıb. Yollarda qarın hündürlüyü bir metri ötüb. Ərzurum-Çat-Bingöl şosesi hələ də bağlıdır. Ardahan-Posof və Qars-Digor yolları nəqliyyatın hərəkətinə açılsa da sürüşkənlik ciddi təhlükəyə çevrilib.