XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 22:15

ABŞ-da vətəndaşlıq haqqında sual vermək qadağan edildi- Məhkəmə qərarı

Federal dairə hakimi Cessi Furman əhalinin siyahıyaalınması zamanı vətəndaşlıq haqqında suala dair layihənin icrasının qarşısını alıb.

AZƏRTAC xəbər verir ki, vətəndaşlıq haqqında sualın 2020-ci ildə əhalinin siyahıyaalınması üzrə sorğu vərəqinə daxil olunmasını təklif edən bu layihə Tramp Administrasiyasınındır.

Vətəndaşlıq haqqında məsələnin daxil edilməsi haqqında qərar 2020-ci ildə və sonrakı illərdə seçkilərin gedişinə xeyli təsir göstərə bilər.

Hələ ötən ilin aprelində Nyu-Yorkdan, digər ştat və şəhərlərdən, habelə bir sıra ictimai təşkilatlardan Tramp Administrasiyasının layihəsi əleyhinə şikayətlər daxil olub. İddiaçıların və layihənin digər tənqidçilərinin fikrincə, vətəndaşlıq haqqında sualın verilməsi qeyri-leqalları əhalinin siyahıyaalınmasında iştirak etməkdən çəkindirəcək və bu da əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünə təsir göstərəcək.

Bundan əlavə, siyahıyaalınmadan yayınma seçicilərin real sayının süni şəkildə azalmasına səbəb olacaq. Axı 2020-ci ildən sonra rəsmi hüquqlar və immiqrasiya statusu əldə edəcək şəxslərin adları ümumi məlumatlarda əks olunmayacaq.

ABŞ Ali Məhkəməsi federal hakimin qərarının apellyasiyasını nəzərdən keçirməyə hazırlaşır.