XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 23:19

Tbilisidə yaşayış binasında partlayış olub- Dağıntılar altında qalanlar var

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Didi Diğomi rayonunda yerləşən yaşayış binalarının birində partlayış baş verib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, partlayışa qaz sızması səbəb olub.

Nəticədə binada dağıntı baş verib, pəncərələr sınıb. Hadisə yerinə xilasedicilər, yanğınsöndürən və “təcili tibbi yardım” maşınları cəlb olunub.

Dağıntılar altında bir neçə şəxsin qaldığı bildirilir.