XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 13:21

Rusiya ilə Qərb arasında “Balkan savaşı” –Karnegi Fondu ziddiyyətlərin perspektivlərini təhlil edib

“Rusiya və Avropa Birliyinin istənilən məsələyə dair dialoqunda Qərbi Balkanlara dair qarşılıqlı ittihamlar əksik olmur. Zahirən burada geosiyasi rəqabət üçün elə bir əsas da yoxdur, amma ümumi inamsızlıq, beynəlxalq məsələlərə təməl yanaşmadakı fərqlər kommunikasiyasızlıq, qıcıq yaradır”.

Strateq.az xəbər verir ki, bu haqda Karnegi Fondunun saytında Maksim Samorukov yazıb:

“Qərbi Balkanlara xarici yardım çox lazımdır və onlar Avropaya o qədər dərindən inteqrasiya olunublar ki, onlara yalnız AB kömək edə bilər. AB ölkələri xarici ticarət, investisiya, miqrasiya axını, maliyyə subsidiyaları kimi sahələrdə çox qabaqdadırlar. Balkanların Rusiya daxil digər xarici tərəfdaşları bunu gözəl anlayır və regionda güc balansında radikal dəyişiklik etməyə çalışmırlar…

Əgər Brüssel və Moskva Balkanlarda yarışırsa, bu bir-biriylə deyil, daha çox öz obrazıyla yarışdır. Rusiya özünü təkcə regional güc deyil, həm də maraqları postsovet məkanını aşan əsl qlobal dövlət kimi görmək istəyir. AB isə özünün proqressivliyini, cəlbediciliyini, sərhədlərində siyasi sabitlik və iqtisadi rifah təbliğ etmək bacarığını vurğulamaq fürsətini qaçırmır

Müəllif Qərbi Balkanların da hər tərəfin səylərini birləşdirməyə yaxşı imkan yaratdığını qeyd edir:

“Belə ki, Rusiyanın özünü serbləri və pravoslav xristianların hüquqlarının müdafiəçisi kimi göstərmək arzusu AB-nin azlıqların hüquqlarını müdafiəsilə uzlaşır. Rusiyanın regiondakı enerji layihələri AB-nin Balkanların problemli ekoloji durumunu yaxşılaşdırmaq niyyətinə, yerli iqtisadiyyatların kömürdən təbii qaza keçidinə uyğundur. Və nəhayət, Moskva və Brüssel radikal İslamın yayılması, narkotik qaçaqçılığı, sərhədlərarası cinayətkarlıqdan narahatdır. Ancaq hələlik, tərəflər arasında əməkdaşlıq yoxdur, çünki Rusiyayla AB-nin ziddiyyətləri praktikdən çox ideolojidir”.