XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 13:52

ABŞ Rusiyanın təklifini rədd etdi –Vaşinqton Ortamənzilli Nüvə Silahları Sazişindən çıxmaqda qərarlıdır

Birləşmiş Ştatlar Rusiyanın Soyuq Müharibə dövrünün silahlara nəzarət üzrə əsas paktını xilas etmək təklifini rədd edib, çünki bu paktı əsaslı yoxlamaq mümkün deyil.

Bunu yanvarın 16-da ABŞ Dövlət katibinin Silahlara Nəzarət və Beynəlxalq təhlükəsizlik üzrə müavini Andrea Tomson deyib. Görünür, Vaşinqton 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları Sazişindən (INF) gələn ay çıxmaqda qərarlıdır.

Tomson deyib ki, Moskva yeni raket sisteminin əsaslı təftişinə icazə vermir. Vaşinqton həmin sistemin sözügedən sazişi pozduğunu bildirir. ABŞ rəsmisi Cenevrədə Rusiya və ABŞ rəsmilərinin görüşündən sonra danışıb.

“Dünən Rusiyayla yeni addımlar ata bilmədik. Müzakirələr və bugünkü ritorikaya əsasən Rusiyanın sazişə əməl edəcəyinin əlamətini görmürük” – Tomson yanvarın 15-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşü barədə deyib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatları silah paktları sistemini dağıtmağa çalışmaqda ittiham edib, deyib ki, Moskva bu sənədi qorumaq istəyir.

Yanvarın 16-da keçirdiyi illik mətbuat konfransında Lavrov Birləşmiş Ştatların ünvanına dəfələrlə sərt tənqid səsləndirib, deyib ki, .

Moskva və Vaşinqton razılığa gəlməsə, Birləşmiş Ştatların sənəddən altı ay ərzində çıxmaq prosesi fevralın 2-də başlanacaq.

(Azadlıq radiosu)