XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 13:58

Sergey Lavrov:“Bizim türk həmkarlarımızda suallar yaranıb”

“Suriyanın İdlib vilayətindəki vəziyyət yaxın günlərdə prezident Putin və Ərdoğan arasında müzakirəyə çıxarılacaq. Bu, iki tərəfli danışıqlarda müzakirə ediləcək əsas məsələ olacaq”.

Strateq.az Rusiya XİN-in rəsmi saytına istinadən bildirir ki, bu sözləri nazir Sergey Lavrov keçirdiyi mətbuat konfransında açıqlayıb.  Lavrov deyib ki, Rusiya və Türkiyə arasında əldə edilmiş razılaşmaların reallaşmasında maraqlıdırlar.

XİN rəhbəri Trampın Fərat çayının şərq sahillərindən ABŞ qoşunlarının çıxarılması barədə qərarını şərh edib: “Sirr deyil ki, amerikalılar orada hərbi obyektlər və böyük hərbi baza qurublar. Həmçinin onların kürd özünümüdafiə dəstələrini silahlandırması da gizli deyil. Bizim türk həmkarlarımızda sual yaranıb: Bu hərbi obyektlərin, silahların sonrakı taleyi necə olacaq?”

S.Lavrov vurğulayıb ki, bunun ən optimal və doğru yolu əraziləri Suriya hökumətinin nəzarətinə qaytarmaqdır: “Bu zaman nəzərə almaq lazımdır ki, kürdlər üçün onların ənənəvi yaşadıqları yerlərdə yaşamaları üçün bütün lazımi şərait yaradılmalıdır”.

Lavrov qeyd edib ki, Moskva kürd nümayəndələri ilə Suriya hakimiyyəti arasında başlanmış təmasları dəstəkləyir.