XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 19:43

Ermənistanın iki hərbiçisi minaya düşüb- Ağır bədən xəsarətləri alıblar

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb. Hərbiçilər təcili hərbi tibb müəssisəsinə təxliyə edilib.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Ermənistan mətbuatı Tavuş vilayətinin Barekamavan kənd sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat yayıb.