XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2019 - 13:36

“Human Rights Watch”:"Əvvəlki rejimdən Paşinyana ağır problemlər miras qalıb"

Ermənistanın yeni hökuməti korrupsiya və insan haqları problemləri ilə dopdolu bir ölkə miras alıb. “Human Rights Watch” təşkilatı insan haqlarına dair son hesabatında qeyd edir ki, yeni rəhbərlik dövlət qurumlarını yenidən qurarkən, yığılıb qalmış problemləri yoluna qoyarkən təməl insan haqlarına sayqını da təmin etməlidir.

Ötən ilin mayında küçə etirazları nəticəsində Serj Sarkisyan devrilib, müxalifət lideri Nikol Paşinyan hakimiyyətə gəlib. Beynəlxalq müşahidəçilər dekabrın 9-da keçirilmiş parlament seçkisinə ümumilikdə müsbət qiymət verib.

“Azad və ədalətli səsverməni təmin etmək Ermənistanın yeni rəhbərliyi üçün ilk vacib addımdır. Ancaq bu, yalnız başlanğıcdır. Hakimiyyət bu mandatdan yararlanaraq insanları küçəyə çıxarmış insan haqları problemlərinin həlli üçün islahatları gerçəkləşdirməlidirlər”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib.

Paşinyan hökumətinin miras aldığı problemlər sırasında əsasən dinc etirazların dağıdılmasında aşırı gücə əl atan polisin cəzasız qalması da var. Yeni hökumət bu yöndə təhqiqatda qismən irəliləyiş əldə edib. 2008-ci ilin mart toqquşmaları üzrə istintaq yenilənib, ovaxtkı prezident Robert Koçaryana, iki komandirə ittihamlar irəli sürülüb.

Ancaq sentyabrda 2016-cı ilin iyulunda baş vermiş oxşar insident üzrə təhqiqat ertələnib. Hakimiyyət keçmiş problemlərlə məşğul olursa, saxlananların hamısının hüquqlarına tam sayqı göstərməli, məhkəmənin müstəqilliyini təmin etməlidir, – “Human Rights Watch” bildirib.

Qurum Ermənistanda digər insan haqları problemləri sırasında məişət zorakılığını, homoseksuallara zorakılıq və ayrıseçkiliyi, əlilliyi olan uşaqların keyfiyyətli təhsillə təmin olunmamasıı sıralayır.

(Azadlıq radiosu)