XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 15:08

Trampla bağlı təhqiqatlar nə yerdədir? –ABŞ prezidenti daha bir qalmaqalla üzləşib

“The Associated Press” agentliyi ABŞ Prezidenti Donald Trampla bağlı təhqiqatların nə yerdə olmasını araşdırıb.

Hazırda prezidentlə bağlı Vaşinqton və Nyu Yorkda təhqiqatlar gedir. Xüsusi prokuror Robert Müller Trampın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini və prezidentin bu təhqiqatı əngəlləyib-əngəlləməməsini araşdırır.

Nyu Yorkdakı cinayət işində isə prokurorlar Trampın şəxsi vəkili Mixael Koen vasitəsilə iki qadına qanunsuz olaraq pul ödəyərək seçki kampaniyası zamanı potensial seks qalmaqalını önlədiyini deyirlər.

Hazırda Vaşinqtonda federal hakim böyük jürinin xüsusi prokurorun təhqiqatına dair dinləməsinin vaxtını uzadıb. Böyük jüri 2017-ci ilin iyulunda 18 aylığa təyin olunub və müddəti bu günlərdə bitirdi. Federal məhkəmə isə müddəti daha altı aylığa uzadıb, bunun “ictimaiyyətin marağında” olmasını əsas gətirib.

Bu arada Trampın baş prokurorluğa namizədi ətrafında da qalmaqal yaranıb. Ulliam Barr ötən il Ədliyyə Departamentinə məktubunda Müllerin istintaqının bəzi hissələrinin “yanlış aparıldığını” yazmışdı. Bu 20 səhifəlik memonu Barr aylar öncə göndərib, amma onun baş prokuror kimi xüsusi prokurorun istintaqına necə nəzarət edəcəyi ətrafında suallar yaradır.

Trampın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyinə gəlincə, agentlik buna aydın dəlil olmadığını yazır. İndiyədək bəlli olan Trampın köməkçilərindən bir neçəsinin 2016-cı il seçki kampaniyası zamanı Rusiyayla əlaqə yaratmasıdır, üstəgəl, bir neçəsi bu kommunikasiya barədə yalan danışıb.

Bir dəlil də odur ki, prezidentin ətrafından bəziləri “WikiLeaks”-in demokratların elektron yazışmalarını yaymasından öncə mümkün email sızmasını müzakirə edib. Amerikanın kəşfiyyat agentlikləri və Müller “WikiLeaks”-in yaydığı materialın Rusiyadan qaynaqlandığını bildirirlər. Həmin sızmanın demokratların namizədi Hillari Klintonun prezident seçilmək şanslarına ziyan vurduğu iddia olunur.

Bəs prezident istintaqın gedişini əngəlləməyə çalışıbmı. Bu, Müllerin araşdırdığı daha bir məsələdir. Təhqiqatçıların əlindəki faktlar Trampın Ceyms Komeyi FTB direktorluğundan uzaqlaşdırması, keçmiş baş prokuror Cef Seskionsun sözügedən təhqiqatdan yaxasını kənara çəkməsinin prezidentdə oyatdığı qəzəbdir.

Donald Trump isə Müllerin istintaqını dəfələrlə “əcinnə ovu” adlandırıb, Rusiyayla “əlbirliyə getmədiyini” deyib. O, artıq keçmiş vəkili Koenin Nyu Yorkda daha yüngül cəza almaqdan ötrü yalan danışdığını iddia edir.

(Azadlıq radiosu)