XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 18:21

Lukaşenko Rusiya ilə vahid pula qarşı deyil:“Amma bu rubl olmamalıdır”

“Minsk Rusiyayla İttifaq dövləti çərçivəsində vahid valyutanın tətbiqinə qarşı deyil, amma bu, Rusiya rublu olmamalıdır”.

Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. “Biz vahid valyutaya qarşı deyil, amma bu ümumi valyuta olmalıdır, Rusiyanın Mərkəzi Bankının valyutası deyil”, – Lukaşenko deyib. O qeyd edib ki, Belarus qarşılıqlı prinsiplərdə vergi və gömrük siyasətini unifikasiya etməyə hazırdır: “Keçən dəfə də deyildi: ən yaxşı ənənələr və şərtlərdə belaruslar və rusiyalılarda olan ən yaxşılarını götürək. Amma belə deyil: biz böyük, siz kiçiksiniz, gəlin belə edin. Necə ki, indi bizdə belədir”, – o bildirib.

Daha əvvəl Aleksandr Lukaşenko bildirib ki, hakimiyyət ölkənin müstəqilliyini saxlayaraq belorusların həyatını yaxşılaşdırmalıdır. Əks təqdirdə, Belarus liderinin sözlərinə görə, bu müstəqillik heç kəsə lazımlı olmayacaq.