XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2019 - 20:14

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı müzakirə olunacaq –Buxarestdə

Avropa İttifaqı  Şurası Buxarest şəhərində yanvarın 31-dək fevralın 1-dək keçiriləcək xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün (Gymnich) gündəliyini açıqlayıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, görüşün gündəliyinə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı, Suriyadakı vəziyyət və Çinlə münasibətlər məsələləri daxildir. Bu kimi qeyri-rəsmi görüşlər ildə iki dəfə Aİ Şurasının sədrliyini yerinə yetirən ölkədə keçirilir. Qeyd edək ki, Aİ tərəfindən 2009-cu ildə başlanmış “Şərq Tərəfdaşlığı” proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.