XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2019 - 21:34

Cavad Zərif Con Boltonu ələ saldı:“Həmin xuliqan, həmin blef, həmin yanılma...”

Sosial şəbəkələrdə yeni trend dəbə minib. Milyonlarla istifadəçi 2009-cu və 2019-cu illərdəki şəkillərini paylaşaraq, aradakı dəyişiklikləri nümayiş etdirirlər.

Buna İran xarici işlər naziri Cavad Zərif də qoşulub. Lakin o, tvitter hesabında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun 10 il ərzindəki fikirlərini müqayisə edib.

İran xarici işlər naziri nümunə olaraq Con Boltonun 2009-cu ildə dərc etdirdiyi bir məqaləni gətirib. Elə həmin məqalədə də Con Bolton indi olduğu kimi, İranın İsrailə hücum etməsindən, buna görə də Pentaqonun İrana zərbə vurmasının vacibliyindən yazır.

“Həmin blef, həmin xuliqan, həmin yanılma…”, – deyə Cavad Zərif Con Boltonun 10 il ərzində dəyişməyən düşüncəsini məsxərəyə qoyub.

Ümumiyyətlə İran diplomatı amerikalı həmkarına tez-tez sataşır. Bu ilin yanvarında o, Boltonun Qüdsdə Qərb divarını ziyarəti zamanı çəkdirdiyi fotonu paylaşıb. Fotoda Con Bolton digərləri ilə birlikdə gözlərində virtual təsviri gerçəkləşdirən eynək (VR) taxarkən görünür.

Həmin virtual eynəkdə nümayiş etdirilən filmdə Qüds və Qərb divarının tarixi göstərilirmiş.

“Deyilənə görə, bir şəkil min sözü çatdırır. Bu şəkil ABŞ-ın bizim bölgədəki on illər boyunca apardığı uğursuz siyasətin təsviridir. Korlar vadisində gözünə VR taxanlar da kordur”, – deyə Cavad Zərif yazıb.