XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 23:38

Suriya ordusu hərbi əməliyyatı dayandırmalı olub

Suriya ordusu ölkənin şərq hissəsində keçirdiyi əməliyyatı dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Al Masdar News” məlumat yayıb. Bildirilir ki, Homs və Deyr-ez-Zor əyalətlərinin şərqindən çıxarılan qüvvələr Hama və İdlib əyalətlərinə göndərilir. Məqsəd “Həyat Təhrir əş-Şam” qruplaşması və Şərqi Türküstan İslam hərəkatı üzvlərinin nəzarət etdiyi şimal-qərbdəki regionlar uğrunda döyüşlər aparmaqdır.

Qeyd olunur ki, son vaxtlar radikal qruplaşmaların döyüşçüləri geniş miqyaslı hücuma keçiblər.