XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2019 - 11:34

Filippinin ən zəngin adamı vəfat edib- 18,3 milyard dollar sərvəti vardı

Filippinin ən zəngin adamı, pərakəndə satış üzrə maqnat və “SM Investments Corporation” (SMIC) şirkətinin fəxri sədri Henri Si yanvarın 19-da 96 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Philippine Star” qəzeti məlumat yayıb. H.Sinin ölümü barədə SMIC şirkəti rəsmi bəyanat yayıb və bunu onun ailəsi təsdiq edib.

Məlumatda qeyd edilir ki, 18,3 milyard dollar dəyərində sərvətə malik olan Henri Si 2018-ci ildə “Forbes”in versiyasına görə Filippinin ən zəngin adamı elan edilib.

H.Si biznes-maqnat, investor və filantrop kimi tanınıb. O, daşınmaz əmlak, bankinq, təhsil, səhiyyə və digər sahələrdə çalışıb, “SM Prime Holdings” şirkətinin təsisçisi olub.