XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

19 Yanvar 2019 - 12:45

Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmaya daxil olan ölkələrin iclası başlayıb- Tokioda

Yanvarın 19-da Tokioda Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmaya daxil olan ölkələrin nazirlər səviyyəsində komitəsinin birinci iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, komitə iclasında təşkilata daxil olan 11 ölkənin nazirləri iştirak edirlər. Tədbiri giriş sözü ilə açan Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, Trans-Sakit okean Tərəfdaşlığı bizim ideyaları bölüşən bütün ölkələr üçün açıqdır.

Yaponiyanın iqtisadiyyatın bərpası naziri Toşimitsu Moteqinin sədrliyi ilə keçirilən TPP üzrə komitənin birinci iclasının gündəliyinə yeni üzvlərin qəbulu prinsiplərinin müəyyən edilməsi və azad ticarət prinsiplərinə təhdid yaradan proteksionizmə qarşı mübarizə məsələləri daxil edilib. Hazırda Tailandın TPP-yə üzv olmaq niyyətində olduğu bildirilir.

Xatırladaq ki, TPP üzrə razılaşma ötən il dekabrın 30-da qüvvəyə minib. 2016-cı ildə imzalanan ilkin razılaşmaya 12 dövlət – ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Malayziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru daxil idi. Razılaşma çərçivəsində Asiya-Sakit okean regionunda azad ticarət zonasının yaradılması nəzərdə tutulurdu. Lakin 2017-ci ilin yanvarında ABŞ Prezidenti seçilən Donald Tramp ölkəsinin TPP-dən çıxması barədə sərəncam imzaladı. Bundan sonra qalan 11 ölkə Hərtərəfli və Tərəqqipərvər Trans-Sakit okean Tərəfdaşlığının (CP TPP) yaradılması barədə razılığa gəldilər. Yeni razılaşma 2018-ci il martın 8-də Çilidə imzalandı. Hazırda razılaşma 11 üzv ölkənin yeddisi tərəfindən ratifikasiya edilib və digər ölkələrin də onu tezliklə ratifikasiya edəcəyi gözlənilir.

TTP-yə daxil olan ölkələrin əhalisinin ümumi sayı 500 milyona bərabərdir, ümumi daxili məhsulu isə dünya üzrə ÜDM-in 13 faizini təşkil edir.