XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2019 - 21:06

Dünyada tayı-bərabəri görünməyən hadisə olacaq- Yaponiya süni meteorit yağışı yaradacaq

Yaponiya süni meteorit yağışı yaradacaq.

Elm və texnologiyanın əsas mərkəzi hesab edilən Yaponiyada alimlər bu dəfə süni meteorit yağışı yaradacaqlar.

Yaponiyanın Kosmik Kəşfiyyat Agentliyi bu haqda məlumat yayıb. Yayılan xəbərdə qeyd olunur ki, artıq Epsilon raketi ilə 7 peyk Uçinoura adlanan kosmik mərkəzdən orbitə buraxılıb .

Raketlərdən birinin mərkəzi Tokioda olan ALE şirkəti tərəfindən təkmilləşdirilib. Adıçəkilən mərkəz atmosferə göndərəcəyi metal parçalarla süni meteorit yağışı yaradacaq. ALE-nin ilk süni meteorit yağışını Xirosima şəhəri üzərindən reallaşdıracağı açıqlanıb.

Qeyd edək ki, hələlik bu layihənin hansı büdcədən maliyyələşdiyi və məqsədi barədə məlumat yoxdur./sputnik.az