Rusiya ötən ilin dekabrında, peyk əleyhinə yeni müdafiə sisteminin uğurlu sınağını keçirib. Söhbət PL-19 Nudol sistemindən gedir.
Bu barədə CNBC ABŞ kəşfiyyatındakı mənbələrə istinadla xəbər verir. Mənbənin məlumatına görə raket 17 dəqiqəyə 3 min kilometrlik məsafəni qət edib və uğurla hədəfə yetişib.
Mənbə bildirir ki, bu artıq Rusiyanın keçirdiyi 7-ci belə sınaqdır. 2018-ci ildə Rusiya 2 belə sınaq keçirib.
CNBC-nin məlumatına görə, PL-19 Nudol raketi aşağı yer ətrafı orbitdəki kommunikasiya və naviqasiya peyklərini sıradan çıxarmaq üçündür. Rusiya hələlik bu məlumata münasibət bildirməyib.
ABŞ prezidenti Donald Tramp, bu il yanvarın 17-də ABŞ-ın raket əleyhinə yeni müdafiə stradegiyasını təqdim elədi. Strategiyada xüsusilə Alyaskada əlafə radarlar qurulması və kosmosda raket əleyhinə müdafiə sistemi qurulmasının mümkünlüyü nəzərdə tutulur.
Tramp bunun, İran, Çin, Rusiya və Şimali Koreyadan gələn təhlükələr üçün vacib olduğunu deyir.
(Azadlıq radiosu)