XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2019 - 11:25

Estoniyalı jurnalist:"Əgər Rusiya hücuma keçərsə..."

Estoniya ərazisində Sankt-Peterburqu məhv edəcək raketlər quraşdırılmalı, Baltik dənizində hərbi gəmilər yerləşdirilərək Rusiyanın ticarət donanmasına əngəl olunmalıdır.

Bu sözləri estoniyalı jurnalist Bahur Koorits deyib.

Jurnalistin sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə bu cür addımların atılması Estoniyanın Rusiyanın saxlanması üçün ehtiyat plana malik olmasına zəmin yaradacaq. Bu planın əsas mahiyyəti isə Rusiyanın hücuma keçəcəyi təqdirdə çox ağır nəticələrlə üzləşəcəyini anlamasıdır.

“Hücum edənin qarşısının alınması üçün əsas yol hücum zamanı onun özünün məhv ediləcəyi ilə bağlı qorxu yaradılmasıdır”, – jurnalist bildirib.  Axar.az