XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2019 - 18:42

Demokratlar Trampın yeni təkliflərini rədd etdi –ABŞ hökuməti fəaliyyətini bərpa edə bilmədi

Demokratlar hökumətin maliyyələşdirilməsinin bərpası ilə bağlı ABŞ prezidenti Donald Trampın yeni təklifini rədd ediblər.

Tramp xüsusilə, uşaq ikən ölkəyə gətirilmiş qanunsuz miqrantların deportasiyadan 3 il qorunması, həmçinin müvəqqəti yaşayış müddəti bitənlərin deportasya edilməməsini nəzərdə tutuan plan təqdim edib.

Prezident bunun əvəzəində Konqresdən Meksika ilə sərhədə səd çəkilməsinə 5 milyard dollardan çox vəsait ayrılmasını istəyib.

Amma Tramp bildirib ki, söhbət bütün sərhəd boyu divardan yox, yalnız sərhədin bəzi yerlərində 370 kilometrlik səddən gedir.Meksika ilə quru sərhədinin uzunluğu 3145 kilometrdir. Bunun təxminən 1050 kilometri təxminən müxtəlif səd və ya maneələrlə bağlanıb.

Amma demokratların Senatdakı lideri Çak Şumer deyib ki, ABŞ-da yaşamağa can atan və digər növ miqrantların leqallaşdırılmasına qoyulan müddət 3 il yox, daimi olmalıdır.

Nümayəndələr palatasının demokrat sədri Nensi Pelosi də Trampın təklifinin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki,Nümayəndələr palatasına demokratlar nəzarət edir. Demokratlar miqrasiya sahəsində islahatları, yalnız hökumətin tam açılmasından sonra müzakirə etmək istəyirlər.

Amma onlar prezidentin əsas tələbini – Meksika ilə sərhədə divar çəkilməsinə vəsait ayrılmasının qəti əleyhinədirlər. Bu mübahisəyə görə ABŞ-da yeni dövlət büdcəsi təsdiqlənməyib və nəticədə 800 minə yaxın dövlət qulluqçusu 30 gündür ki, işsiz qalıb.

Onların bir qismi öz hesablarına məzuniyyətə göndərilib, bir qismi isə pulsuz işləyirlər və maaşlarını hökumət açıldıqdan sonra alacaqlar.

(Azadlıq radiosu)