Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bazar günü ölkənin səhiyyə naziri Xorxe Alkoser deyib. Onun sözlərinə görə, xəstəxanalarda 58 yaralı qalmaqdadır.
Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilən vaxt baş verib. Hadisə zamanı ərazidə 350 yerli sakin olub.
Bir sıra ölkələrin rəhbərləri ölənlərin yaxınlarna başsağlığı verib. ABŞ Meksika hökumətinə dəstək verməkdə və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməkdə hazır olduğunu bildirib.