XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 10:49

Nyu-Yorkun sabiq meri:"Moskvada Tramp Qülləsinin tikilməsi seçki ərəfəsində müzakirə olunub"

ABŞ prezidentinin şəxsi vəkili Rudi Culiani deyib ki, Trampın Rusiya rəsmiləri ilə Tramp Qülləsinin Moskvada inşası barədə müzakirələrinin onun 2016-cı il prezident seçkiləri öncəsi keçirdiyi kampaniya zamanı baş tutub.

“Biz bunun 2016-cı il boyu sürdüyünü düşünürük. Müzakirələr çox olmayıb, bəzi danışılar olub. Lakin dəqiq tarixini bildirik” – deyə, Culiani NBC xəbər agentliyinə bildirib.

Nyu-Yorkun sabiq meri deyib ki, Trampın keşmiş vəkili Maykl Koen prezidendən daha artıq məlumata malik ola bilər. O, bunun Koenə Trampdan daha mühüm olduğunu bildirib. Culiani Trampın o zaman kampaniyasına diqqət yetirdiyini və heç zaman baş tutmayan bu layihənin diqqət mərkəzində olmadığını əlavə edib.

Senatın qabaqcıl demokrat üzvü Mark Uorner eyni agentliyə müsahibəsi zamanı deyib ki, Trampın seçkiqabağı kampaniyası zamanı Moskvada göydələn inşa etdirməsi onun üçün təzə xəbərdir. O, aparılan bu qədər təhqiqitdan sonra nəyə görə iki ildən sonra bu faktın üzə çıxdığını sual edib.

ABŞ prezidenti Donald Trampın vəkilinə Moskvada Tramp Qülləsi inşa etmək səyləri barədə Konqresə yalan danışmasına dair göstəriş verdiyi deyilir.

Cümə axşamı “BuzzFeed News” saytında yerləşdirilən xəbərdə bildirilir ki, prezident və onun keçmiş vəkili Maykl Koenlə bağlı məlumatı onlara iki adı açıqlanmayan federal hüquq mühafizə orqanı əməkdaşı verib.

Həmin şəxslərin sözlərinə görə, Kohen xüsusi prokuror Robert Müellərə deyib ki, prezident ona Konqresə Trampın Rusiya ilə əlaqələri barədə yalan danışmasını söyləyib.

Koen Trampı Rusiya ilə danışıqlar barədə məlumatlandırmağa davam etdiyi zaman Tramp uğurlu seçki kampaniyası aparıb və Rusiya ilə hər hansı biznes əlaqələrinin olduğunu rədd edib.

Müller və onun prokurorlardan ibarət komandası 20 aydır Trampın kampaniyasının Rusiya ilə əlaqələrini, habelə Trampın prezident ikən istintaqa mane olmağa çalışaraq ədaləti əngəllləyib-əngəlləmədiyini təhqiq edir.

(Amerikanın səsi)