XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

21 Yanvar 2019 - 21:50

Netanyahu:"Biz İrana qarşı mübarizə aparırıq"

“İsrail ona təhdid yaradan istənilən ölkəyə cavab zərbəsi endirməyə hazırdır”.

Trend-in məlumatına görə, bu sözləri ötən gün İsrail təyyarələrinin Suriyaya zərbə endirməsini şərh edən ölkənin baş naziri Binyamin Netanyahu deyib. İran tərəfinin Qolan yüksəkliyinə raket buraxmasına münasibət bildirən B.Netanyahu İsrailin bu cür aqressiv fəaliyyətə göz yummayacağını bildirib:

“Biz İrana və onların işğalçılığına xidmət Suriya qüvvələrinə qarşı mübarizə aparırıq. Bizə kim zərər vurmağa çalışsa, cavab zərbəsi endirəcəyik. Bizə kim təhdid etsə, buna görə tam məsuliyyət daşıyacaq”.