Suriya prezidenti Bəşər Əsəd ölkdə parlament seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.
Strateq.az Təsnim İA-ya istinadən bildirir ki, seçkilər aprelin 13-də keçiriləcək.
Bu fərman Amerika və Rusiya prezidentləri Suriyada atəşkəs üzrə razılaşma əldə edildiyi barədə xəbərin fonunda yayılır.
Suriya parlament seçkiləri dörd ildən bir keçirilir. Bu seçkilər sonuncu dəfə 2012-ci il mayın 7-də keçirilib.