XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 09:28

Avropa Komissiyasının vitse-prezidenti:"Moskva-Kiyev qaz razılaşması bu il əldə oluna bilər"

Avropa Komissiyasının vise-prezidenti Maros Sefkovic bildirib ki, Ukrayna və Rusiya arasında təbii qazın Avropaya nəqlinə dair razılaşma 2019-cu ilin sonunadək əldə oluna bilər.

O, yanvarın 21-də Brüsseldə deyib:

“Hər şey yaxşı olsa və bütün tərəflər eyni məqsədə doğru hərəkət etsələr, mən əminəm ki, bu proses bu ilin sonunadək uğurla tamamlana bilər”.

Bu danışıqlarda Rusiyanın enerji naziri Aleksandr Novak, Ukraynanın xarici işlər naziri Pavlo Klimkin, habelə Ukraynanın “Naftogaz” və Rusiyanın “Qazprom” dövlət şirkətlərinin icraçı direktorları iştirak edirdilər.

Sefkovic deyib ki, o may ayında keçiriləcək üçtərəfli danışıqlardan əvvəl bütün tərəflərə kompromis variant təklif edib. Avropa İttifaqı rəsmisi bildirib ki, o bu qış üçün Rusiya qazının Ukraynadan keçərək Avropaya nəql olunmasında heç bir problem görmür.

Kiyev narahatdır ki, Moskva ilə qazın tranzitinə dair bağlanmış 10 illik kontarkt bu ilin sonunadək başa çatandan sonra sözü gedən müqavilənin vaxtı uzadılmaya bilər. Danışıqlar prosesinə yaxın mənbələr “Azadlıq” radiosuna bildiriblər ki, Sefkovic bütün tərəflərə minimum həcmi ildə 60 milyard kubmetr olan yeni onillik kontrakt imzalanmasını təklif edib.

Bu görüşdən əvvəl “Naftogaz” şirkətinin baş icraçı direktoru Yuri Vitrenko Rusiyanı bu danışıqları “Şimal Axını 2” kəmərinin tikintisinədək gecikdirməkdə ittiham edirdi. Vitrenko “Reuters” agentliyinə deyib: “Bundan sonra da deyəcəklər ki, Ukrayna tranzitinə heç ehtiyac yoxdur”.

Vaşinqton Rusiya qazını Ukraynadan yan keçərək birbaşa Avropa bazarına çıxaracaq kəmərlərin tikintisinə qarşıdır.